Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İŞ-GÜC

bax iş 1 və 3-cü mənalarda. Oğul, işin-gücün bu vaxtında bilmirəm gedim, necə gedim, getməyim, necə getməyim. “Aşıq Ələsgər”. [Hacı Murad:] Oğul, .. yenə irəliki kimi işə-gücə get. S.S.Axundov. Deyib-danışaram şümşad boyundan; Işindən-gücündən, təzə toyundan. M.Rahim. İşdən-gücdən eləmək - avara qoymaq, işindən ayırmaq. İşdən-gücdən olmaq - hər hansı bir səbəbə görə işindən avara olmaq, işini buraxmağa məcbur olmaq, heç bir iş görə bilməmək. [Qulu:] Bu da kasıb oğlandır, neçə gündür işdən-gücdən olubdur. N.Vəzirov. İşə-gücə yaramaq - xeyir vermək, köməyi dəymək, kara gəlmək, işə yaramaq. Bu zaman üç oğlundan heç birisi nə .. toxum daşıyır, nə də bir saxsı su gətirib işəgücə yarayırdı. S.Rəhimov. İşini-gücünü buraxmaq - heç bir işlə məşğul olmamaq, işindən əl çəkmək, avaralanmaq. [Əsəd bəy:] ..Gələn gündən işin-gücün buraxmış, bir tüfənglə ora-buranı gəzir. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....