Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İSTİLİK
is. 1. fiz. Cismin hissəciklərinin (atomlarının, molekullarının və s.-nin) qeyrimüntəzəm hərəkəti nəticəsində əmələ gəlib, onun qızması şəklində təzahür edən enerji növü. İstilik vahidi. Ərimə istiliyi. Kimyəvi enerjinin istiliyə çevrilməsi.
Bir şeyin qızğınlıq halı; isti, yaxud qızdırılmış şeydən çıxan hərarət. Havanın istiliyi. Sobanın istiliyi. Günəş şüasının istiliyi. [Əbülhəsən bəy:] Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım.. M.S.Ordubadi. ..Toğlularınyumşaqyunu və istiliyi sanki Qulunun əlini qıcıqlayırdı. M.İbrahimov.
Qızdırma, hərarət, temperatur. Xəstənin istiliyi normaldır. - [Qəhrəman] uşağın istiliyini ölçür, gözlərinə yuxu gəlmirdi.. S.Rəhimov. Oğlunun istiliyini görən ana
gözlərinə dəm verir. Ə.Vəliyev. □ Istilik gəlmək (basmaq) - hərarəti qalxmaq, bədəni qızmaq. Soyuqdan əsən bədənə ani bir istilik gəldi.
məc. Mehribanlıq, səmimiyyət hissi; hərarət. Oz məsum təbəssümü ilə hamını sevindirən Aslan evdəki soyuqluğu tamamilə həyətə qovmuş, qocaların və anasının ürəyinə xoş bir istilik gətirmişdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....