Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İSTİCƏ

sif 1. İsti, lazımınca isti. Isticə otaq. Isticə paltar. - Isticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir. Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət. Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı. Çəmənzəminli.
məc. Rahat, əlverişli, mənfəətli. Elm və maarif kəsb edənlərimizin ümdə arzusu özlərini şəhərə salıb, isticə və mənfəətli qulluq tapmaqdır. F.Köçərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....