Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İSTƏR
bağl. Sintaktik vəzifəsinə görə həm həmcins üzvləri, həm də cümlələri birbirinə bağlayır - gərək, həm. [Səlim:] Orxan, istər xan olsun, istər sultan; Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid. [Zeynal] istər evdə, istər tanış-bilişlərin məclislərində tar çalar, eyni zamanda özünün yazdığı şeirləri oxuyardı. S.Hüseyn. İstər “Əhvalatlar”, istərsə “Poçt qutusu” dərin ideyalı, yüksək sənət əsərləridir. M.İbrahimov. İstəyirdim ki, birisi ilə oturub dərdləşəm, istəyirdim ki, - istər tanış olsun, istər qeyritanış, - hamıya söz deyib söz eşidəm... Ə.Məmmədxanlı. // “Fərqi yoxdur” mənasında. İstər gəlsin, istər gəlməsin.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....