Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İSTƏMƏK
f 1. Arzu etmək, ürəyindən keçirmək, bir şeyin qəsd və niyyətində olmaq, ürəyində bir istək duymaq. - Bala, mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğlansan, istədim sənə maya verəm.. “Koroğlu”. Istəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax! S.Ə.Şirvani. [Süleyman:] Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir. U.Hacıbəyov. // Bir şeyə ehtiyac hiss etmək. Ürəyim yaman su istəyir. Bir məqalə yazmaq istəyirəm. Ondan bir xoş söz eşitmək istəyirəm. □ İstədiyi kimi - özü bildiyi kimi (həm müsbət, həm mənfi mənada işlənir). Istədiyi kimi hərəkət etmək.
Sevmək, məhəbbət yetirmək, əzizləmək. Ana oğlunu çox istəyir. [Nazlı:] Ana, axı sən bilirsən, mən Sara bacımı nə qədər istəyirəm. C.Məmmədquluzadə. Deyə bilərəm, Usta Ağabala Axund Ələsgər ağanı dünyada hamıdan çox istəyirdi. Çəmənzəminli. Gözəl Bayramı istəyib gəlmişdi. O, kasıb olsa da, namuslu oğlandı. M.Hüseyn. // Ummaq. Könül istər, əl çatmaz. // Qeydinə qalmaq, sevmək. Məsləkini istəyən öz canından keçməli; Öz canını istəyən vicdanından keçməli. B.Vahabzadə. Xahiş etmək, rica etmək, təmənna etmək. Novruz gözlərini ovuşdura-ovuşdura açıb: - Nə var, nə istəyirsiniz? - deyib sual etdi. N.Nərimanov. [Əsgər:] Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz. U.Hacıbəyov. // Özünə verilməsini və ya bir işin görülməsini söyləmək; tələb və ya xahiş etmək. Ondan bir şey istədik, vermədi. - Həkim Cinayətov haqq-hesab dəftərçəsini istədi. Mir Cəlal. // Möhtac olmaq, lüzum və ehtiyac hiss etmək, tələb etmək. Əkin su istəyir. // Diləmək. İmdad istəmək. Yardım istəmək. - Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm. Füzuli.
Çağırmaq, çağırtdırmaq. Yusif şah baxıcıları hüzuruna istəyib dedi ki: - Hakimivilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, .. xalqı talayıb-dağıtmasınlar. M.F.Axundzadə. [Xudayar bəy:] Məhəmmədhəsən əmi, tez oğlanı göndər, pəyədən eşşəyi çıxartsın, .. minəcəyəm şəhərə, nəçərnik istəyibdir. C.Məmmədquluzadə. // Aramaq, axtarmaq, soruşmaq. Kimi istəyirsiniz? Telefonla sizi istəyirlər.
Öz adamına almaq, evləndirmək üçün (yaxud özü üçün) xahişlə birinə müraciət etmək. Qohumdan qız istəmək. Ana oğlu üçün qız istəyir. - [Ağcaxanım:] Qədeş!.. Bizim qızı Hacı Abtalıbın oğlu üçün istəyirlər. H.Sarabski.
“Bir” sözü və şəxs sonluqları ilə tərəddüd, qətiyyətsizlik bildirir. Bir istədim durub gedəm. Bir istədim durub ona cavab verəm. - [Mehriban] bir istədi ki, [Zeynalı] çəkib irəli sürüsün, gücü çatmadı. S.Hüseyn. İstəməz şəklində - hacət yoxdur, lüzumu yoxdur, ehtiyac yoxdur, bəsdir, kifayətdir. [Səlimə:] - Ay Qurban, gəlsənə bir az su gətirim, ayaqlarını yuyum. - İstəməz, lazım deyil. Ə.Haqverdiyev. [Səlim:] İstəməz başqa laf! Söylə, açıq söylə, hər nə var, söylə. H.Cavid.
□□ ...istər ki... - 1) istərsə, fərqi yoxdur, qoy lap... İstər ki çölə töksün...; 2) ...gərəkdir, ...haradadır. Oğul istər ki... istəməz ki
heç olmasa...
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla