Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İSTEHSAL
is. [ər.] Hasil etmə, hazırlama, əldə etmə. Elektrik enerjisi istehsalı. Çuqun istehsalı. Maddi nemətlər istehsalı. Istehsalın ictimai xarakteri. □ İstehsal etmək - hasil etmək, hazırlamaq. İstehsal qüvvələri - maddi nemətlərin istehsalına xidmət edən alətlər, istehsal alətlərini hərəkətə gətirən və maddi nemətlərin istehsalını həyata keçirən insanlar. İstehsal müəssisəsi - zavod, fabrik, karxana. Mən də bir ağacın kölgəsində oturub, o böyük istehsal müəssisəsinə baxır, onun keçmiş halı ilə indiki halını müqayisə edirdim. S.Hüseyn. İstehsal münasibətləri - maddi nemətlərin ictimai istehsalı prosesində insanlar arasında əmələ gələn münasibət və əlaqələr. İstehsal vasitələri - istehsal prosesində işlədilən, onun maddi əsasını təşkil edən vasitələr. [Almaz:] ..Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....