Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İSİTMƏK
f. 1. İsti eləmək, isti hala gətirmək, qızdırmaq. Suyu isitmək. Xörəyi isitmək. - Toxta, balacığım, qoy donmuş canını bir isidim. S.S.Axundov. Tahir motoru isidib işə salanda [qızı] bir də səsləməyə məcbur oldu.. M.Hüseyn. // İstilik vermək, öz hərarətini vermək, qızdırmaq. [Günəş] şüaları insana xoş gəlir, canını isidirdi. M.İbrahimov. İlıq may günəşi .. tarlaları isitmişdi. Ə.Vəliyev. // Məc. mənada. [Qızın] atəşli gözləri məni yenidən isitdi. Çəmənzəminli. Acizdir önündə qoca təbiət; İsidir qəlbini mehrü məhəbbət. M.Rahim. İsitsin dostları ilıq nəfəsim; Könül rübabını min teldən çalır. N.Rəfibəyli.
Bədənin hərarəti artmaq (xəstəlik nəticəsində). Xəstə isidib. Bərk isitmişəm.
// dan. İsitmə xəstəliyi keçirmək, titrədibqızdırmaq. Uşaq isidir.
məc. Möhkəmlətmək mənasında. Möhlətov öz yerini isidəndən sonra, şəxsi planlarını həyata keçirmək vaxtının çatdığını yəqin etdi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....