Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İSİM
is. [ər.] 1. köhn. Ad. Hökmün Malik Əjdər, ismindir Ədhəm: Didələrim qan-yaş tökər dəmadəm. Aşıq Abas. [Rəcəbli:] Isminiz nədir? [Mirzə Heydər:] Ismim Heydərdir. Ə.Haqverdiyev. [Zabit:] Orada isimləri yazılı məhbusları bənə təslim etməlisən. H.Nəzərli.
Qrammatikadan: canlı və cansız əşyaların adlarını bildirən nitq hissəsi. □ İsmicəm köhn. - toplu mənalı isim. İsmi-xas köhn. - xüsusi isim.
□□ İsmi-əzəm - nağıllarda: sehirli dua adı, tilsim duası. Qız Məlikməmmədə dedi: - O səni bu günə salan adamdı. Düz qırx gündü ki, mən onnan çırpışıram. Axırda mən ismiəzəm oxuyub onu yatırtmışam. (Nağıl). İsmi-şəb - hərbi xidmətdə, yaxud gizli şəraitdə öz adamlarını tanımaq üçün tətbiq edilən və ancaq əlaqədar şəxslərin bildiyi gizli şərti söz, ya ifadə; parol. Şeypur çalınandan sonra küçələrə ancaq ismi-şəb bilən adamlar çıxa bilərdi. P.Makulu. İsmişərif köhn. - əsil mənası “şərəfli ad” olub, keçmişdə birinin adını soruşduqda hörmət üçün işlənərdi, indi çox vaxt zarafat və ya kinayə ilə deyilir. Ismi-şərifiniz nədir? ..Iki il keçmiş kənddə şura seçkisi başlananda, şura sədrliyinə qoyulan namizədlərin siyahısında Tükəzban xalanın da ismi-şərifi yad olunmuşdu. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....