Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İSƏ

bağl. 1. Qarşılıq bildirən bağlayıcılardan olub, əksərən tabesiz mürəkkəb cümlə tərkibindəki cümlələri və bəzən həmcins üzvləri bağlayır. Onlardan biri həkim, o birisi isə mühəndisdir. Onun işi çox, vaxtı isə azdır. - Xoruzlar banlaşır, [Turab] isə yata bilmirdi. M.Hüseyn. ..Sədr ilə Eyvaz stolun bir tərəfində, Gülşən isə o biri tərəfində oturmuşdu. Ə.Vəliyev.
2. “Əgər”, “hərgah” mənasında ədat yerində işlənir. [Cəllad:] Pək suçlu isəm, görməli məzur; Aclıq məni etmiş buna məcbur. H.Cavid. // Qeyri-müəyyənlik bildirir. Bu sözləri harada isə oxumuşam. Onu harada isə görmüşəm. - Ara-sıra haradan isə vahiməli bayquş səsi gəlirdi. M.İbrahimov. Yoldaşım göy otun üzərində uzanıb əlindəki tüfənglə haranı isə nişan almaq istəyirdi. S.Şamilov. // Halbuki. Biz onu burada gözləyirik, o isə çıxıb gedib. - Yusif isə ancaq bu görüşməyin barəsində fikir edirdi. N.Nərimanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....