Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İRS
is. [ər.] 1. Sahibinin ölümündən sonra başqasının (övladın və ya yaxın qohumların) ixtiyarına keçən mal, mülk və s. miras. İrs almaq. İrs çatmaq. - [Gülsabah:] Xanım, qardaşın arvadının məgər irsdə payı var? M.F.Axundzadə. ..Məlum oldu ki, bir qədər pul, bir ev atasından və on iki manatlıq cavahirat və ev şeyi də anasından Nurəddinə irs qalıb. S.S.Axundov. // Valideyndən övlada keçən cismani və ya ruhi keyfiyyət, hal. [Hacı Nuru şair:] Kamal ata kürkü deyil ki, irs ilə övlada yetişə. M.F.Axundzadə.
2. Əvvəlki dövrlərdən, əsrlərdən, böyük şəxsiyyətlərdən qalmış mədəniyyət əsəri. Nizaminin ədəbi irsi. Cabbarlı irsi. - Fəxrəddin .. xələtin yalnız nəfis və incə olması ilə deyil, onun tarixi bir irs olduğu ilə maraqlandı. M.S.Ordubadi. Azərbaycan .. ədəbiyyatşünaslığı Molla Nəsrəddinin ədəbi irsinə daha dərindən yanaşmalıdır. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....