Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İRİŞMƏK2

f dan. Boş-boş gülmək, hırıldamaq; dişlərini ağartmaq. Ramazanov mənə yaxınlaşdı, məni tanıyıb, yalandan irişdi. S.Rəhman. Fərman Əhmədin üzünə mənalı-mənalı baxıb irişdi: - Ay lopabığ, yəqin oğurluq ətidir. Ə.Abasov. Mən də malları gündə dörd dəfə suya gətirəcəyəm,
deyə Yusif irişdi. B.Bayramov.
irişə-irişə zərf Dişlərini ağardıb güləgülə, boş-boş gülə-gülə. [Vəli irişə-irişə:] Mən bilirəm, sən nə istəyirsən.. Ü.Hacıbəyov. Molla Qurban salam verəndə Fərrux diksinib başını qaldırdı və irişə-irişə dedi.. Ə.Vəliyev. Cılız, gödəkboy Əliqulu xoşa getmək üçün irişə-irişə dedi.. M.Süleymanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....