Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İRAQ
zərfi Uzaq, uzaqda. Iraq olmaq. Iraq durmaq. - Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı). Mürği-ruhum getməz səndən irağa. Aşıq Ələsgər. İraq düşmək - uzaq düşmək, ayrılmaq, uzaqda olmaq. [Bahadır] gördü ki, Sonadan xeyli iraq düşübdür. N.Nərimanov. İraq eləmək - uzaqlaşdırmaq, uzaq eləmək. Çıxardaq məmləkətdən; Ölkədən iraq eyləyək! Aşıq Ələsgər. İraq olmaq - uzaq olmaq, uzaq düşmək. Elə bilsin padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Müddətdi gözümdən olubdu iraq; Əridib ürəyim dərdü qəm, fəraq. Aşıq Ələsgər. Gözümdən bir an da iraq olmadın; Mən sənə hər yerdə Vətən deyirəm. S.Rüstəm. // sif. Uzaq. Uzaq ölkələrə, iraq ellərə; Axışan buludlar, axan buludlar! N.Rəfibəyli. // Is. mənasında. Uzaq yer. Yolum oldu iraqlar; Çiynim kəsdi yaraqlar; Ayrılıq məlum oldu; Mən ağlaram, yar ağlar. (Bayatı). İraq, iraq candan, iraq olsun - uzaq olsun, Allah göstərməsin (qorxulu, zərərli, arzuedilməz bir şey, hadisə haqqında deyilir). [Gülsüm xala:] Buy, bu nə sözdür deyirsən, a qadasın aldığım, iraq canından, Allah eləməsin ki, Şirin qiyamətə kimi yatsın.. E.Sultanov. [Səriyyə xala:] Iraq candan, [uşaqlar] dilənçiyə oxşayırdılar. M.İbrahimov. [Kiçikxanım:] Allah eləməsin, iraq candan! - deyə onun əlini sıxdı və tələsirmiş kimi ayrılıb getdi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....