Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İRADƏ

is. [ər.] 1. İnsan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biri. Iradə qüvvəsi. Iradə zəifliyi. [Doktor:] ..Hər çətinliyi ortadan qaldıran iradədir. A.Şaiq. Min bir əzaba dözdün, iradən sarsılmadı; Qəlbindən hicran yükü daş kimi asılmadı. S.Rüstəm. Əjdər Mirzə Hüseynin sözlərində böyük iradə və inam olduğunu hiss edirdi. S.Rəhman. // Bir şeyi əldə etmək üçün göstərilən səy, cəhd, qeyrət, inad. [Səbirə:] Birdən zərfi əlimdə gördüm. Qaytarmağa iradəm çatmadı. M.Hüseyn.
İstək, arzu, könül, tələb. Iradəsini yerinə yetirmək.
köhn. Əmr, hökm, fərman. // Niyyət, məram. [Vəzir:] A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Ü.Hacıbəyov. □ İradə etmək (buyurmaq) köhn. - əmr vermək, hökm etmək, buyurmaq. Pəs o biri rəfiq iradə etdi ki, daxil olsun, onun da halı bu qərar ilə oldu. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....