Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
İPƏK
1. is. Tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq tellər və bu tellərdən toxunan qiymətli parçalar. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta - hər şeyim var. U.Hacıbəyov. Bir yığın tüllərə və ipəklərə bürünmüş qızlar gələr, oynarlar. H.Cavid. Buranın [Çalusun] bollu düyüsü və məşhur ipəyi vardır. M.İbrahimov.
2. Sif. mənasında. İpəkdən hazırlanmış, ipəkdən tikilmiş (toxunmuş). İpək paltar. İpək köynək. İpək pərdə. - Onlar ipək xalçalar döşənmiş aynalı pilləkənlərdən yuxarı çıxıb .. böyük salona girdilər. M.S.Ordubadi. Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı.. S.Rəhman.
□□ İpək kimi - 1) çox incə, parlaq, yumşaq. İpək kimi saçları var. - Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun olsun iraq! M.Ə.Sabir. Of nə yamandır o süzgün baxışlar; Ey ipək telləri zərfisən gəlin! H.Cavid; 2) məc. mülayim, xoşrəftarlı, yumşaq. İpək kimi xasiyyət. - Deyir Məşədi bəy, alnında vüqar; Onun ipək kimi təbiəti var! S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....