İzahlı lüğət

İNTİZAM

is. [ər.] 1. Nizam və qayda, səliqə, tərtib. [Yemək odasında] evini və ailəsini sevən bir qadın intizam və səliqəsi müşahidə edilirdi. S.Hüseyn. [Oğlan:] Bizim evimizdə intizam və ölçü altına girə biləcək heç bir şey yoxdur. M.S.Ordubadi. □ İntizama salmaq - nizama salmaq, qaydaya salmaq, səliqəyə salmaq.
2. Hər hansı bir kollektivin bütün üzvlərinin tabe olması məcburi olan möhkəm
qayda, qanun; nizam. Əmək intizamı. Hərbi intizam. Şüurlu intizam tərbiyəsində inandırma üsulu böyük rol oynayır. - ..Məktəb öz intizamı, dərs keyfiyyəti, ictimai, faydalı işləri ilə şöhrət qazanmağa başladı. S.Rəhimov. [Müəllim Fərmana dedi:] Əgər orduya alınan gənclər sizin kimi düşünsə, orduda intizam ola bilərmi? Ə.Sadıq. □ Intizama salmaq - nizam və intizama tabe etmək. [Çopo:] Bunları [iskitləri] yalnız igid bir sərkərdə intizama sala bilər. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed