Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İNTİXAB

is. [ər.] Seçmə, seçib ayırma. [Qoca:] ..Hökmdar intixabında da atanın iştirakı və meyli təqdis olunardı. Çəmənzəminli. [Səmirə:] Məni bu saat ən çox həyəcanlandıran başqa bir şeydir: müvazinətini itirib, intixabında yanılmayasan. M.Hüseyn. İntixab etmək (eləmək) - seçmək. [Cəmilə] özünə həyat yoldaşı intixab etmək ərəfəsində idi. S.Hüseyn. C.Məmmədquluzadə böyük rus komedioqrafını şüurlu olaraq özünə müəllim intixab etmişdi. M.İbrahimov. İntixab olunmaq (edilmək) - seçilmək. Bəzi də, heç bir sənətin sahibi olmayıb, camaat arasında gəzən və camaat içində bəzi məmuriyyətlərə intixab olunmaq axtaran şəxslərdir. C.Məmmədquluzadə. Nümayəndələr intixab olunduğu zaman Fəxrəddin də nümayəndə heyətinin sədri seçildi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....