Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İNŞA
is. [ər.] köhn. 1. Qayırma, yaratma, qurma, vücuda gətirmə, tikmə. Gəmi inşası. Mədən inşası. - Xəndəkdə qazıntı işləri qurtarandan sonra, dörd iri borunun inşasına başlanacaqdı. Ə.Sadıq. □ İnşa etmək qurmaq, yaratmaq, quraşdırmaq, qayırmaq. Fərdi evlər birtipli layihələr üzrə inşa edilir. (Qəzetlərdən). Sadıq ilə Rəhilə bir kömürçü çocuqları idilər. Ormanda .. inşa edilmiş bir külbədə sakin olurlardı. C.Cabbarlı. [Qulam müəllim:] ..Qoy bu qızlardan birisi xəstələrimizə şəfa versin, .. o birisi də bizim bu dağlı məhəlləsində yeni-yeni binalar inşa etsin. S.Rəhimov.
Qələmə alma, bir mətləbi ədəbi şəkildə ifadə etmə, yazma. [Bahadır:] Inşa yazanlarımıza baxırsan, “əlfazlar” o qədər gözlərini kor edib ki, əsli məqsudu yaddan unudublar. N.Nərimanov. □ İnşa etmək - qələmə almaq, bir mətləbi ədəbi şəkildə ifadə etmək, əsər yazmaq. Vamberi ismində bir [alman] ki müsəlman vilayətlərində səyahət edib, indi “Islam “adlı bir kitab inşa edib. “Əkinçi”. [Vaqif] Ağa Məhəmməd şahın Şuşa qələsində qətlə yetişməyi barəsində bu şeirləri inşa edib, Molla Vəliyə göndərmişdi. F.Köçərli. Şair cənabları da Münəvvər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl inşa etdi. M.S.Ordubadi. // Şagirdlərin təfəkkürünü və yaradıcılıq təsəvvürlərini, yazmaq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə aparılan sərbəst yazı işi. [Zəki əfəndi:] Biz sənə burada bir tema verərik və burada bizim gözümüzün qabağında haman temaya bir inşa yazarsan. C.Məmmədquluzadə. Diktə və inşa kimi yazı qisimlərini köhnə məktəb bilməzdi. F.Ağazadə. [C.Cabbarlı] nəinki imlanı, hətta inşanı da səhvsiz yazırdı, müəllimlər də onu tərifləyirdilər. M.Arif.
Keçmişdə: məktublaşma üsullarını öyrətmək üçün müxtəlif məktub, təbriknamə, təziyənamə, ərizə, müqavilənamə və s. nümunələri olan kitab, məcmuə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....