Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İNSPEKTOR
is. [lat.] 1. Hər hansı bir sahədə işlərin düzgün aparılması və qanunlara düzgün əməl edilməsi üzərində nəzarət edən vəzifəli şəxs; nəzarətçi. Maliyyə inspektoru. Sanitar inspektoru. Maarif şöbəsinin inspektoru. - Bir gün dərs zamanı dərslərimizin gedişini yoxlamaq üçün Tiflisdən məktəbə nəzarət etməyə gəlmiş Qafqaz Maarifi Dairəsi baş inspektoru Slavinski sinfə daxil oldu. T.Ş.Simurq. Qəhrəman istəyirdi ki, bütün məktəb inspektorun nəzərində yaxşı çıxsın. S.Rəhimov. [Müəllim:] Görürsünüz, balam, odur, yamacdan aşağı düşən inspektordur. Mir Cəlal.
2. Bolşevik inqilabından əvvəl məktəb direktorunun tərbiyə və tədris işlərinə baxan müavini. Hər bir şeydən əvvəl, cənab inspektor bunu özünə vacib gördü ki, realnı şkolada müsəlman uşaqlarının arasına “sünni-şiə” ədavəti salsın. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....