Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İNSANLIQ
is. 1. top. Bəşəriyyət, insanlar. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. Səhhət. Dünyada səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. A.Şaiq. İnsanlığa Tusilər, Səbuhilər verdik biz; 0erimizin qüdrəti bir dənizdir, bir dəniz. R.Rza. Qoy bütün insanlıq səcdənə gəlsin; Ey şəhid qanından qızaran bayraq! B.Vahabzadə.
məc. İnsanpərvərlik, əsil insana xas olan sifət və fəzilətlər; mürüvvət. Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Yox kimsədə mərhəmətlə vicdan; İnsanlığı həp unutdu insan. H.Cavid. Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov. □ İnsanlıq sifətini itirmək - ədalətsiz, qeyri-vicdani iş görmək, insan adına layiq olmayan hərəkətlərə yol vermək. Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....