Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İNSAN
is. [ər.] 1. Adam, bəşər. Ey mələksima ki səndən özgə heyrandır sana; Həq bilir, insan deməz, hər kim ki insandır, sana. Füzuli. Ancaq onu da bilməmiş deyilsən ki, insan mələk deyil. M.Hüseyn. İnsan özü qocalsa da; Ürəyi yüz yaşında da qocalmayır. B.Vahabzadə.
2. İnsaniyyətli, vicdanlı adam. Çox insan adamdır. - Murad kişi bağbandır; Çox mehriban insandır. M.Rahim.
□□ İnsan oğlu - adam, insan. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....