Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İNKİSAR
is. [ər.] 1. Qırılma, sınma. // fiz. köhn. İşıq şüalarının şəffaf bir şeyin içindən keçərkən sınması, istiqamətini dəyişməsi.
2. məc. Qəlbi qırılma, ürəyi sınma, incimə, xatirinə dəymə.
□□ İnkisari-xatir (qəlb) - könlü sınma (qırılma), ürəyi sınma. İnkisari-xəyal gözlədiyi ümidlərin, arzuların boşa çıxması dolayısı ilə insanda doğan məmnuniyyətsizlik hissi; məyusluq, ümidsizlik. Görünür ki, Fərhadı inkisari-xəyala salan ən əsas fakt rəiyyətin halı deyil, özünün çıxılmaz vəziyyəti, gücsüzlüyü, əmisinin arzularına oyuncaq olmasıdır. Ə.Haqverdiyev. ..Paşa atasını inkisari-xəyala uğratmamaq üçün onun sözlərini ucadan təsdiqlədi. M.Hüseyn. Küçəyə çıxdıqda, zülmət içində addımladıqda ani bir inkisari-xəyal məni aldı. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....