Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İNKAR
is. [ər.] Tanımama, rədd etmə, qəbul və təsdiq etməmə, danma. Ikidir gərçi pəriçöhrələrin güftarı; Bir imiş bunların iqrarı ilə inkarı. Qövsi. □ İnkar etmək (eləmək, qılmaq) - bir şeyin varlığını, doğruluğunu və s.-ni qəbul və təsdiq etməmək, rədd etmək, danmaq. Nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər. C.Məmmədquluzadə. Sən olmasan verməzdim mən eşqə bir məna; Bu yolda sən mana rəhbərsən, eyləməm inkar. H.Cavid. Güldəstə Güldəstə olduğunu bir daha inkar elədi. H.Seyidbəyli. // hüq. Özünə qarşı irəli sürülən və isnad edilən bir şeyi qəbul etməyib rədd etmək, danmaq. Günahını inkar etmək.
□□ İnkarı inkar fəls. - təbiətin, cəmiyyətin və təfəkkürün dialektik inkişafı prosesində yeninin törənməsi ilə tarixi ardıcıllıq arasındakı vəhdəti ifadə edən əsas qanunlardan biri.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla