Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İNCİMƏK

f 1. Əziyyət çəkmək, ağrı hiss etmək. Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani. [Şeyx Səlim] ..varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə, deyəsən, incimir və qırçınmırdı. M.S.Ordubadi. İncimiş, yorulmuş Gülara artıq harayının heç bir yerə çatmayacağını görüb ala gözlərindən yaş ələməyə başladı. Ə.Vəliyev.
Küsmək, qəlbi qırılmaq, sınmaq. Neyləmişəm inciyibsən; Yenə, ey gülbədən, məndən? Q.Zakir. [Hacı Əhməd Almaza:] Ancaq bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı. ..Həmyerlisi [Səməddən] qonaqlıq vermədiyinə görə incimədi. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....