Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İNCİKLİK
is. İncimə, küsü, aradəymə, küsüşmə, narazılıq. [Dəlilər] yedilər, içdilər, keflər kökəldi, damağlar cağ oldu, inciklik yaddan çıxdı. “Koroğlu”. Mirzə Süleyman atasını çox sevirdi və sağ olan vaxtında nə qədər inciklik vardısa, indi hamısını əfv edərdi.. B.Talıblı. Səttarzadə ailədə söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk inciklik də xatırlayırdı. Mir Cəlal. □ Araya incik1ik sa1maq - bir-birindən incitmək, küsüşdürmək, narazılıq salmaq. [Hacı Murad:] Onlar istəyir ki, ata-oğul arasına inciklik salıb nəfbərdar olsunlar. S.S.Axundov. İncik1ik düşmək, araya iııciklik düşmək - bir-birindən incimək, narazılıq düşmək. [Salman:] Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən, aramıza inciklik düşsün? Ə.Haqverdiyev. // İnciməyə səbəb olan hal, iş. [Vəzir:] Bu gün mənə hər tərəfdən inciklik üz verir. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....