Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İNCƏ
sif 1. Zərif işlənmiş, nəfis, qəşəng. Incə qolbaq. Incə naxış. - Stolun kənarında krovatların yanında kifayət qədər incə sandalyalar düzülmüşdü. C.Məmmədquluzadə. Tacirin iddiasına görə, o günə qədər Bağdada bu qədər incə xələt gəlməmişdi. M.S.Ordubadi. // Nazik, zərif. Incə barmaqlar. Üzdə incə cizgilər. Incə qaşlar. Gözəllərin gərək incə belləri; Qənddən, nabatdan şirin dilləri. Qurbani. Əcəb qurşanıbdı incə belinə; Gümüş kəmər, qəddidala yaraşır. Aşıq Ələsgər. // Çox kiçik, çox xırda, zorla seçilən, fərqləndirilən. Incə fərq. Sözün incə məna çalarları. Incə təfərrüat.
məc. Mehriban, mülayim, həssas, riqqətli. Incə xasiyyət. Incə ürək. Incə ruh. Həyatda yaranan hisslərdən ən incəsi, ən kəskini analıq hissidir. S.Rəhman. O qanadlı gəncin sadə; Təmiz, incə ruhu vardı. N.Rəfibəyli.
məc. Üstüörtülü, pərdəli, tez sezilməyən, gizli. Incə mətləb. Incə istehza. - Sualın ahəngində incə bir istehza oxunurdu. M.Hüseyn.
məc. Ən incəlikləri duyan, qavrayan, dərk edən, dəqiq. Incə ağıl. Incə zehin.
incə-incə sif. və zərf Zərif, qəşəng, incə. Incə-incə çiçəklər. Incə-incə əllər. - Incəincə yarpağı var; Kölgələrdə bitib açar; Bənövşənin ətir dolu; Dəstəsini kim unudar? M.Dilbazi. // Kiçik, xırda. Mirzağa ortaya düşərək incə-incə addımlarla boynunu, çiynini büzüb özünü süzərək oynayır. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....