Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İMZA
is. [ər.] 1. Bir məktubun, sənədin və s.-nin altında öz dəst-xətti ilə adını və ya familiyasını yazma, qol çəkmə, qol qoyma; qol. Fəxrəddinin və Ələddinin imzası ilə şəhərə belə bir bəyannamə buraxılmışdı. M.S.Ordubadi. [Gəldiyev] direktor gələndə kağızları kargüzara verdi, imza üçün göndərdi. Mir Cəlal. □ İmza etmək (atmaq)
imzalamaq. Sənədləri imza etmək. Çeki imza etmək. - [Musa:] İmza da atmıram, pul da almayacağam. S.Rəhman. Elmar kağıza imza ataraq Laləyə verir. İ.Əfəndiyev.
Təxəllüs, ləqəb mənasında. C.Məmmədquluzadə “Molla Nəsrəddin” imzası ilə müntəzəm surətdə felyetonlar, baş məqalələr dərc edirdi. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....