Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İMDAD
is. [ər.] Kömək, yardım; darda qalmış bir adamın köməyinə yetişmə, dadına yetmə. Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu”. Görüşdülər, öpüşdülər o qəhrəmanlar; Birbirinin xilaskarı, imdadı kimi. S.Vurğun. [Qız] əlləri ilə oğlanın iri çiyinlərinə elə ilişmişdi ki, deyərdin, bundan nə isə kömək, imdad gözləyir. Mir Cəlal. □ İmdad etmək (eləmək, qılmaq) - kömək etmək, dadına yetmək. Könül şəhrin çalıb yəğmaladı qəm ləşkəri, Zakir; Neçin imdad qılmaz, bəs deyirdin padişahım var. Q.Zakir. Çün natəvanü zarü zəifəm firaqdən; Bu gün də yar etməsə imdad, ağlaram. X.Natəvan. Sən könül fürsət tapıb ol yarə qurban, kim sənə; Gər əlimdən gəlsə, billah, mən də imdad eylərəm. S.Ə.Şirvani. İmdada qoşmaq - b a x imdadına qoşmaq (yetmək). [İblis:] Heyhat, olamaz dərdinə bir kimsədən imdad; Imdadə qoşar, qoşsa fəqət ah ilə fəryad. H.Cavid. İmdada yetirmək - köməyə çatdırmaq, dada yetirmək. Çünki hicran ələmi saldı məni zindanə; Ey əcəl, rəhm elə, sən özün imdada yetir. Heyran xanım. İmdaddan düşmək - gücdən düşmək, əldən düşmək, qocalmaq. O, imdaddan düşüb, heç bir şeyə yaramır. İmdadı kəsilmək - hər şeydən ümidi kəsilmək, köməksiz qalmaq. Oğlu öldü, imdadı kəsildi. İmdadına qoşmaq (yetmək, çatmaq, gəlmək) - bərk ayaqda, çıxılmaz vəziyyətdə qalmış bir adamın dadına çatmaq, köməyinə gəlmək. [Gülsənəm:] Səndən başqa bizim imdadımıza yetən yoxdur. S.S.Axundov. [Kimon:] Çatdı imdadına bu qız, ey xan! A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....