Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İLLƏT
is. [ər.] 1. Xəstəlik, azar. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dava edələr gər şərab ilə. S.Ə.Şirvani. Bu illətin Allaha qalıb bircə davası. Ə.Nəzmi. [Qurban:] Məsələ küləkdə deyil, profiessor, görünür, o qəndil ağaclarının özündə bir illət var. Ə.Məmmədxanlı. // Cismani nöqsan, qüsur. [Şeyx Mərvan:] Iştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifirət. H.Cavid.
Bir şeyə səbəb olan hal, əsil səbəb. Ucuzdur, var illəti; Bahadır, var hikməti. (Ata. sözü). Millətimizin ehtiyacı, qüsur və nöqsanımızın illəti, dalda qalmağımızın səbəbi nədə isə, gərəkdir dürüst təhqiq və tədqiq oluna. F.Köçərli. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. S.S.Axundov.
Məqsəd, arzu, niyyət. Aşıq, nədir illətin? Ürəkdə var niyyətin; Məni heyran qoyubdur; Şirin sözün, söhbətin. (Bayatı). Dedik, qoy yaşasın, nə minnəti var? Bəlkə çil toyuğun bir illəti var! S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....