Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İLQAR
is. [ər. “iqrar” dan] 1. Söz vermə, əhd, vəd, vəfa. Ilqarından dönən namərddir. (Ata. sözü). [Koroğlu:] Üz tutmuşam, bu diyara gəlmişəm; Çənlibeldən bir ilqara gəlmişəm. “Koroğlu”. Biz ki ilqar keçirmişik aradan; Amin desək, tez düzəldər Yaradan. Aşıq Ələsgər. Gün çıxar, əriyər dağların qarı; Pozulmaz dostların əhdi, ilqarı.. N.Rəfibəyli. □ İlqar almaq - söz almaq, vəd olmaq, əhd bağlamaq. Dəfələrlə bulaq başında onunla görüşmüş, sevişmiş və ondan, öz istilahlarınca, ilqar almışdı. A.Şaiq. İlqar vermək - söz vermək, vəd etmək, əhd etmək. Yüz il keçsə öz yarımdan dönmərəm; Ilqar verdim, ilqarımı danmaram. Qurbani. İlqarına düz çıxmaq - verdiyi sözün, əhdin üstündə durmaq, sözünə sadiq olmaq, vəfalı çıxmaq. Seyran ilqarına düz çıxıb, yoldaşını satmadı. M.Hüseyn. İlqarından dönmək - verdiyi sözə əməl etməmək, əhdini pozmaq, vəfasız çıxmaq. Abas ağlar zarı-zarı; Getməz könlümün qubarı; Ilqarından dönən yarı; Tanrı tezbazar eyləsin! Aşıq Abas.
məh. Hörmət mənasında. Uşağa buyuranın ilqarı olmaz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....