Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İLK
sif. 1. Birinci, əvvəlinci, ən əvvəl olan, ən qabaq (so^ qarşılığı). Ilk uşaq. Ilk təəssürat. Ilk əsər. Ilk sıra. - [Səmirə:] Ilk günlərdə öz xəstəliyimdən çox, palatada uzanmış yoldaşlarımın vəziyyəti ilə maraqlanırdım. M.Hüseyn. Pambıq yığımının ilk günü tamam bir bayrama çevrilmişdi. İ.Əfəndiyev. □ İlk bahar - bax bahar. // Lap birinci, lap əvvəl. Onun təpəsində ilk gündən mənim; Buludlar içində durur məskənim. M.Rahim. Əşrəf Nazlını ilk görən günü sevdi. S.Rəhman. // Əvvəl, başlanğıc, ibtida. Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var. S.Vurğun.
Başlıca, əsas, ən vacib, ən mühüm. Elimin olsa da aslan ürəyi; Ehtiyatdır igidin ilk bəzəyi. A.Şaiq. İlki şəklində - ananın ilk uşağı, övladı. Hər kimin ilki dursa, mülkü də durar. (Ata. sözü). [Diyar kişi:] Ilkim oğul olsaydı, indi mən də kəndin ən varlı adamı idim. Ə.Məmmədxanlı. Bahadır ilkiydi Rüstəm kişinin; Qamətdə, cüssədə sanki özüydü. B.Vahabzadə.
□□ İlk baxışda (nəzərdə) - 1) əvvəlcə. [Muradın] ilk baxışda gözlərinə inanmağı gəlmədi... “Bəlkə azmışam”, - deyə zənn etdi. S.Hüseyn; 2) baxan kimi, görən kimi. Öylə bir incə şeirsən ki, sana; Ürəyim ilk baxışda bağlandı. A.Şaiq. Ormanlar içində durur Talıstan; Ona ilk baxışda vurulur insan!.. S.Vurğun. İlk baxışdan - dərhal, üzünə baxan kimi. Qarının yanındakı ağbəniz cavanın naxoş olduğu ilk baxışdan məlum idi. Mir Cəlal. İlk dəfə - birinci dəfə, əvvəlinci dəfə. Əsmər həyatında ilk dəfə olaraq əsəbiləşmişdi. S.Hüseyn. Həyata ilk dəfə baxandan bəri; Göz yaşı görməmiş ala gözləri. S.Vurğun. Elçinin və xüsusilə, ova ilk dəfə gəlmiş Tofiqin səbri tükənmişdi. M.Rzaquluzadə. İlk əldə - birinci növbədə, hər şeydən qabaq, dərhal. Mənim ilk eşqimi, ilk əldə haman; Gömdülər, bilmədim amma nərəyə! Ə.Cavad. İlk öncə - ən birinci olaraq, əvvəlcə. Mən gurultu qoparmağı ilk öncə; Alov gözlü şimşəklərdən öyrəndim. M.Müşfiq. Insanlar dəstə-dəstə köçüb Taxça-Taşa; Ilk öncə düşündülər: məktəbsiz şəhər olmaz. S.Rüstəm. İlk söz - giriş, giriş sözü, başlanğıc, müqəddimə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....