Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İLİŞMƏK
f 1. Taxılmaq, taxılıb qalmaq, bir şeyə keçib qalmaq. [İlyasın] saçlarına quru ot və saman çör-çöpləri ilişmişdi. Ə.Məmmədxanlı. // Qarmaq, mıx kimi iti bir şeyə keçmək. Paltarım mıxa ilişdi. - Çəpərdən hoppananda dəsmal tikana ilişdi. Mir Cəlal. Tez geri hərləndim, amma quş doğrudan da kola ilişmişdi. M.Rzaquluzadə.
Bir şeyə toxunmaq, dəymək, ayağı dolaşmaq. Ayağı daşa ilişmək. Qapıya ilişmək. - Nabələd əcnəbi hündür səkilər üstündən bir neçə qədəm yüyürdüyündən ayaqları pilləkənlərə ilişdi. S.M.Qənizadə. Qaraca qızın sağ ayağı kola ilişib qanadı. S.S.Axundov. Nadir kola ilişib yıxıldı. İ.Əfəndiyev.
Dolaşıq düşmək, dolaşmaq, qarışmaq, bir-birinə keçmək, ilişmiş kimi ayrılmamaq. Həmişə radio xətti ilişir telefon xəttinə, dəstəyi qulağına götürəndə, ya son xəbərlər eşidirsən, ya da ki muğamat. “Kirpi”. □ İlişib qalmaq - bir yerə, bir şeyə dirənərək və ya toxunaraq, maneəyə rast gələrək durmaq, hərəkət etməmək. Su ilə üzən ağaclar daşlara ilişdi.
Bir yerdə bənd olub qalmaq, ləngimək, ilişib qalmaq. [Mirzədadaş:] ..Sən get evə dəy, mən də gedim görüm, arvad süfrəni açıbdırmı? Bax, artıq ilişmə ha... N.Vəzirov. □ İlişib qalmaq - 1) getdiyi və ya keçdiyi bir yerdə müvəqqəti olaraq qalmalı və ya yaşamalı olmaq. [Mirzə:] ..Elə olsun ki, gəlsin, görsün ki, şirni də içilib, tamam olub, ondan sonra ilişib burada qalasıdır. Ə.Haqverdiyev. Indiyə qədər də ..[Meşinovun] xırda-para işlərdə ilişib qalmağı yalnız müvəqqəti bir haldır. S.Rəhimov; 2) məc. maneəyə rast gələrək çıxa bilməmək, qalmaq. Qulu öskürdü. Sanki boğazında sümük ilişib qaldı. M.İbrahimov. Qarının dodaqları titrədi. O, nə isə xəbər almaq istədi, amma sözləri boğazında ilişib qaldı. M.Hüseyn. Rəşid isə dodaqlarında ilişib qalmış çaşqın bir təbəssümlə gah Nərgizə, gah Nərminə xanıma baxaraq nə edəcəyini bilmirdi. Ə.Məmmədxanlı.
məc. Sataşmaq, öcəşmək. Uşağa ilişmək. Hər şey üçün adama ilişmə!
məc. Bənd olmaq, gözü tutmaq, istəmək. Bir gözələ ilişmək.
məc. dan. Acgözlüklə yeməyə başlamaq. Qız, uşaqları ovudub getdi, ortalığa çörək qoydu. Şahzadə Mütalib də bir tərəfdən ilişdi çörəyə. (Nağıl). Molla baqqaldan bu sözü eşitcək ilişir kişmiş-noxuda. “M.N.lətif.”
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....