İzahlı lüğət

İLƏ

(ixtisarı ...la, ...lə) qoş. Qoşulduğu sözlə bəzən (samitlə qurtaranda) bitişik, bəzən də (saitlə qurtaranda) ayrı yazılıb aşağıdakı mənalarda işlənir:
a) vasitə mənası bildirir. Qarovulçu, kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov. Murtuzayev arvadı Yavəri barmağı ilə eyvana çağırıb tapşırıq verdi. S.Rəhimov; b) birgəlik bildirir. Atamla anam. Dayısı ilə xalası; c) işin birlikdə görüldüyünü bildirir. Qurban ilə Məsmə xala bir qədər söhbət elədilər. S.Rəhman. Eyvazla Gülşən Xanpərinin yanına getdilər. Ə.Vəliyev; ç) hərəkətin müəyyən məkan boyunca icra olunduğunu, davamını bildirir. Bağların arası ilə uzanan bir yolla gedirdim. S.Hüseyn. Qocamanpalıd meşəsinin arası ilə eşilən qarlar havaya dikəlir, ağacların başından yuxarılara sovrulurdu. S.Rəhimov. Kim isə .. hasar dibi ilə irəliləyirdi. Ə.Məmmədxanlı; d) iş və hərəkətin tərzini bildirir. Dostum Ağabəy əllərini heyrətlə bir-birinə çırpdı. A.Şaiq. Gilasın fərəhi artır, gözləri sevinclə parlayırdı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......