Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İLAHİ
sif din. [ər.] 1. Allaha mütəəlliq, Allaha məxsus, Allaha aid, Allah tərəfindən verilmiş; qeyri-bəşəri. Ilahi hikmətlər xəzinəsi. - [Şeyx Sənan:] Bu ilahi sükuta qarşı, Xumar; Həp mələklər olur pərəstişkar. H.Cavid.
is. Allah. Bu dağlar ahı neylər; Başım külahı neylər; Sən ordan bax, mən burdan; Görək ilahi neylər. (Bayatı). O gözəllik ilahidən verilmiş; Əvvəldəndi gözlərinin qarası. Aşıq Əmrah. // məc. Qeyri-maddi, qeyricismani, ruhani, mənəvi. Ilahi məhəbbət. Ilahi eşqin tərənnümü. - Budur! “Leyli Məcnun” - böyük sənətdir! Nə qədər ilahi bir məhəbbətdir! S.Vurğun. // məc. Təmiz, pak. Nə qədər ilahi bir insansınız; Mənə qardaşdan da mehribansınız. S.Vurğun.
məc. Xariqüladə, misilsiz, tayı-bərabəri olmayan, məftunedici. Ilahi gözəllik. Ilahi səs. - [Nizami:] Dostlar, hamınızı inandıra bilərəm ki, Bərdənin bu ilahi gözəlliyi məni heyran etmişdir. M.Hüseyn. Bu, əfsanə və nağıllarda söylənən cənnət bağından, ilahi məxluqlardan gələn səs kimi bakir, gözəl və xoş idi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....