Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İLAHƏ
is. [ər.] Antik mifologiyada və bəzi dinlərdə; qadın cinsli allah. Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada “Muza “adlı teatr ilahəsinə rücu edib ondan kömək və mədəd dilərdilər. F.Köçərli. [Qızlar:] Çıxar Olimpə şadman; Ən işvəkar ilahələr. H.Cavid. Biri deyir ki, sənət təbiətin səsidir; Biri deyir ki, sənət eşqin ilahəsidir. Vahabzadə. // Canan, məhbubə, məşuqə, dilbər; eşq pərisi. [İlyas] bahar möcüzələrinin qolları arasına girərək bələyindən çıxmış şeir ilahəsinin qolları arasında nazlanırdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....