Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İQLİM
is. [ər.] 1. Bir ölkənin, bir yerin meteoroloji şəraitinin (havası, suyu və s.) xüsusiyyətləri, ab-havası. Kontinental iqlim. Mötədil iqlim. Azərbaycanın aran yerlərinin iqlimi. Soyuq iqlim. - Göyərti şərait yaradıldığı təqdirdə, təzə düşdüyü hər iqlimə uya bilər. Ə.Əbülhəsən. Hər yer bağbağat olacaq, ölkəmizin iqlimi dəyişiləcəkdir. Ə.Sadıq. Görürəm Mingəçevir yanır bir çıraq kimi; Gülür Milin, Muğanın təbiəti, iqlimi. Ə.Cəmil.
klas. Ölkə, məmləkət. Qəmindir könlümün təxtində sultan; Bir iqlimə iki sultan gərəkməz. Nəsimi. Ya bu iqlimdən başın al, get; Yoxsa başın götür, hüzuruma yet! Füzuli. Iqlim-iqlim gəzməyi var; Hər havaya dözməyi var; Insanın da, ürəyin də. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....