Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İQAMƏT
is. [ər.] Sakin olma, oturma, bir yerdə yaşamaq üçün qalma, qərar tutma. Mümkün degil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli. O, Azərbaycanın Danaqırt qəsəbəsində təvəllüd edib, doqquz yaşa qədər orda iqamətlə, sonralar Bağdada müvasilət etmişdi. C.Məmmədquluzadə. □ İqamət etmək - bir yerdə sakin olmaq, məskən salmaq, qərar tutmaq, oturmaq. Həmin günün axşamı Tiflisdə iqamət edən Zaqafqaziyanın şeyxülislamı rus dilində bu məzmunda bir teleqram aldı. E.Sultanov. ..[Mehriban] Ağ damda iqamət edən atasına teleqraf çəkdirib, onu Bakıya çağırmaqla çocuqlarının məsələsini həll edəcəkdi. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....