Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İKTİFA
is. [ər.] Kifayətlənmə, qane olma. □ İktifa etmək (eləmək) - 1) kifayətlənmək, qane olmaq. [Hatəmxan ağa:] Niyə başa düşmədin, balam, çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin. M.F.Axundzadə. [Rüstəm bəy:] [Nemət] cəld geyinib, bir stəkan çay ilə iktifa edib evdən çıxdı. Çəmənzəminli. Kim bilir ki, Tükəzban bununla iktifa eləməyib, nərdivanın yuxarı pillələrinə dırmaşmaq niyyətinə düşəcək. B.Talıblı; 2) kifayət etmək, bəs olmaq. Yoxsa ki, etməz quru söz iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla