Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İKRAH
is. [ər.] İyrənmə, çimçişmə, diksinmə, nifrət. Bu bədheybət adam xanın gözünə sataşdıqda sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi. Çəmənzəminli. O, üz-gözünə boya vuranda və səliqəli geyinəndə, sədrinə xoş gəldiyini bilsə də, ürəyində çoxdan bəri ona qarşı qüvvətli bir ikrah hissi duyur. M.Hüseyn. // İyrəndirmə, nifrətləndirmə. [Şeyx Sədra:] Xayır, artıq bu pək fəna təhqir; Səni ikrah üçün bu bir tədbir.. H.Cavid. □ İkrah etdirmək - iyrəndirmək, çimçişdirmək, diksindirmək, nifrət oyatmaq. [Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər. H.Cavid. İkrah etmək (eyləmək, olmaq, qılmaq) - iyrənmək, nifrət etmək, zəhləsi getmək. Zahida, sən fariq ol, ahimdən ikrah eyləmə; Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr. Xətayi. Gəz bir neçə gün mənimlə həmrah; İnsan deyib etmə məndən ikrah. Füzuli. Xah yüz döndərsən ondan, xah ikrah eyləsən; Axır, ey əbrukaman, Qövsi sənə qurban olur. Qövsi. İkraha gəlmək - bax ikrah etmək. ..Bu hadiseyiəlimənin dəhşəti bütün aləmə əsər etdi, hamı nifrət və ikraha gəldi. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla