Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İKİTİRƏLİK
is. Bir-birinə zidd iki dəstəyə ayrılma; təfriqə, nifaq, çəkişmə. İkitirəlik düşmək - nifaq düşmək, arasında ədavət düşmək. O, araya ikitirəlik düşə biləcəyindən qorxurdu. Ikitirəliyə lap tezliklə son qoymaq olardı. İkitirəlik salmaq - nifaq salmaq, təfriqə salmaq, ziddiyyət yaratmaq, araya ədavət salmaq. Eyni zamanda bu məsələnin Iran demokratları arasında ikitirəlik salmaq qorxusu da vardır. M.S.Ordubadi. [Allahverdi:] Ikitirəlik salıblar, nə o yandan bu yana bir adam keçə bilir, nə bu yandan o yana. C.Cabbarlı. Kəndə ikitirəlik salıb; Pirəli etdi; Istəyincə paşalıq. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla