Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İKİTƏRƏFLİ
sif. 1. İki tərəfi olan. Ikitərəfli cisim. Ikitərəfli qapı. İki istiqamətdə gedən, iki tərəfdən baş verən. Ikitərəfli küçə hərəkəti. Ikitərəfli top atəşi. Ikitərəfli sətəlcəm. - Kişinin məhəbbəti tamamilə ona keçdi, Fatma bilmərrə nəzərdən düşdü, hər gün ikitərəfli (z.) döyülüb söyüldü. Çəmənzəminli. Bütün yollar ikitərəflidir, həm qabağa gedir, həm də dala qayıdır. M.İbrahimov. // Hər iki tərəfə işləyən, hərəkət edən, fəaliyyət göstərən. Ikitərəfli rabitə xətti. Hər iki tərəfin razılığı ilə olan, hər iki tərəf üçün məcburi olan; qarşılıqlı. Ikitərəfli müqavilə. Ikitərəfli saziş. İki tərəfə, iki yana. [Musanın nəvəsi] başını ikitərəfli (z.) daradı, belini düymələdi. Qantəmir.
Bax ikibaşlı 1 və 3-cü mənalarda.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....