Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
İKİCƏ
say. İki. Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn. Bayaqdan bəri [Zərintac xanım] cəmi ikicə dəst ürəyinə yatan paltar götürüb kənara tullaya bilmişdi. S.Rəhimov. Lakin ikicə gün sonra darülfünunda baş verən bir hadisə göstərdi ki, artıq onda bir xasiyyət olmuş bu qızğınlığı soyutmaq qeyri-mümkündür. M.İbrahimov. // Yalnız iki, təkcə iki, ancaq iki. [Cəfərqulu] bu dəfə ikicə gün qalıb qayıtdı. Qantəmir. İkicə tikə alandan sonra Cəlil bəy əlini dizlərinə silib dedi.. S.Rəhman. Zeynalın verdiyi şəklə baxandan sonra Mülayim arvad ikicə günün içində şam kimi ərimişdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....