Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İXTİSAR
is. [ər.] 1. Qısaltma, azaltma. İxtisar etmək - 1) qısaltmaq, azaltmaq. Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən birini ixtisar etməli. // Müxtəsər etmək, qısaltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar et, kim; Uzun fəsanəyə, vaiz, dilü dəmaq gərək. Qövsi; 2) miqdarca, sayca azaltmaq. Ştatları ixtisar etmək. Xərcləri ixtisar etmək; 3) işdən azad etmək (ştatların azalması münasibəti ilə). Bir neçə işçini ixtisar etmək lazımdır. İxtisar olunmaq - azaldılmaq (miqdarına, həcminə görə). İxtisara düşmək - 1) b a x ixtisar olunmaq. Məqalənin axırı ixtisara düşdü; 2) ştatların azalması ilə əlaqədar olaraq işdən azad edilmək. İxtisara salmaq - b a x ixtisar etmək. Tresti kəsirdən qurtarmaq üçün, birinci növbədə, müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn. [Vahidov:] Sabahdan gərək yuxumu əlli faiz ixtisara salam. Ə.Məmmədxanlı.
riyaz. Kəsirdə: sürəti və məxrəci eyni ədədə bölüb azaltma, kiçik ədədlə vermə. Ixtisarla şəklində zərf- müxtəsər, gödək, qısa, ixtisar şəklində. Məqaləni ixtisarla vermək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....