Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İXTİRA
is. [ər.] 1. Yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf etmə, yaratma, icad etmə. Parovozun ixtirası. Radionun ixtirası. Elektron maşınlarının ixtirası. - [Fərhadoğlu:] Belə olsun ki, bizim xalqı sevən alimlərin elmi ixtiraları yarımçıq qalmasın. S.Rəhimov. Zəmanəmiz söz zəmanəsi deyil, fənn zəmanəsi, ixtira zəmanəsidir. Mir Cəlal. □ İxtira etmək (eləmək) - yaradıcı surətdə çalışaraq, keçmişdə məlum olmayan yeni bir şey yaratmaq, icad etmək, düzəltmək. Yeni maşın ixtira etmək. // Əsasını qoymaq, yaratmaq. Bu qəzet kim olub cahanda buna; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. [Yaşar] bu vaxta qədər dörd ixtira eləmişdir. C.Cabbarlı. // Yeni ixtira edilmiş şey, ixtiraçının yaradıcı əməyinin məhsulu olan şey; kəşf. İyirminci əsrin ixtiraları. Mühəndisin yeni ixtirası. - ..Baxmetyevin ixtirasının əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarıdiri olurlar, yarıölü olurlar.. C.Məmmədquluzadə.
dan. məc. Uydurma, qondarma. Bu söz sənin ixtirandır. □ İxtira etmək məc. - uydurmaq, qondarmaq. [Dostum] tüfəngləri tərifləyib, ixtira etməyi xoşlardı. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....