Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İGİD
sif Bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən; cəsur, qoçaq. İgid oğlan. İgid qız. - Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. “Koroğlu”. [Fitnə:] ..Mənzər igid pəhləvandır; Həm də gözəl bir insandır. Şaiq. Dayanmışdır keşikdə; İgid, qəhrəman Bakı; Əziz, mehriban Bakı. R.Rza. // İs. mənasında. Gülü biçənə qurban; Suyun içənə qurban; Dünyada igid çoxdur; Candan keçənə qurban. (Bayatı). Qaralar geymə gəl, sevimli canan; İgidə meydanda ölmək şərəfdir. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....