Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İFRAT
is. [ər.] Bir şeyin son həddi, bir şeyi son həddə çatdırma, mübaliğəyə varma, həddi keçmə. Ifrat dərəcə (son hədd). Ifrat tədbirlər. - Hər işin ifratı vəziyyəti dəyişə bilər. M.S.Ordubadi. // sif. Qəti, barışmaz. Nə qədər ki əmisi onu təhsildən ayırmayır, cəbrən evləndirmirdi, Fərhadda belə ifrat fikirlər yox idi. Ə.Haqverdiyev. ^ sif Çox, həddən ziyadə, son dərəcə. Ifrat qüvvətli. Ifrat tamahkar. □ İfrat etmək (eləmək) - hüdudu keçmək, həddi keçmək, mübaliğə etmək. İfrata varmaq - b a x ifrat etmək. Əlyarov əmisi oğlunun ifrata vardığını görüb, bu söhbəti başqa adamların eşitdiyindən qorxmuş kimi, ürkək nəzərlərlə ətrafına baxındı. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla