Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İFADƏ
is. [ər.] 1. Anlatma, izah etmə, aydın və açıq söyləmə, demə, izhar etmə; izah, şərh, bəyan. Yazılı ifadə (yazı ilə bildirmə). Şifahi ifadə (ağızdan anlatma). Ifadə tərzi. - Bu sualın ahəngi içərisində nə kimi ifadələr olduğunu Zeynal çox yaxşı anlamışdı. S.Hüseyn. □ İfadə etmək - demək, söyləmək, izhar etmək, bildirmək, anlatmaq. Halını ifadə etmək. Fikrini ifadə etmək. - Ləfz edərsə ifadə mənanı; Sərf edər əhli-mərifət anı. S.Ə.Şirvani. Cavan müəllim bu sözləri dedikdən sonra ürəyi dolu olan, lakin bunları ifadə etməyə söz tapa bilməyən adamlar kimi susdu. M.Rzaquluzadə. İfadə olunmaq - söylənmək, deyilmək, izah edilmək. Yazıçının nəsri də onun jurnalistika və dramaturgiyasında ifadə olunan ictimai ideyaları əxz etdirir. M.İbrahimov.
Bir şeyin xarici təzahürünü, inikasını təşkil edən şey. Qiymət dəyərin pulla ifadəsidir. Hörmət ifadəsi. Səmimiyyət ifadəsi.
dilç. Söz, söz birləşməsi; ibarə, fraza. Frazeoloji ifadə. Idiomatik ifadə. Ifadələr lüğəti. Anlaşılmaz ifadə. Obrazlı ifadə. Şirmayı Səməd Vurğunun odla suyun təzadını vermək üçün bu ifadəni işlətdiyinə əmin idi. M.Hüseyn.
Şagirdlərin öz sözləri ilə yazdıqları mətn. Ifadə yazmaq.
hüq. Məhkəmədə məsələni aydınlaşdırmaq üçün şahidin sorğu-suala verdiyi şifahi və ya yazılı cavabı; məlumat, izahat. Bəlli idi ki, məhkəmə Tahirzadə kimi mötəbər bir şahidin ifadəsini asanlıqla ayaqlaya bilməyəcək. Mir Cəlal. □ İfadə almaq - şahidi və ya müttəhimi dindirmək. İfadə vermək - məhkəmədə şahidlik etmək, sorğu-suala şifahi və ya yazılı cavab vermək.
İnsanın daxili halını əks etdirən əlamət (üzdə, gözdə və s.-də). Üzünün ifadəsi. Gözlərinin ifadəsi. - Nə gözəldir, nə təmizdir; Ifadəsi bu gözlərin. N.Rəfibəyli. Melodiya qurtarır. Firuzə valı götürüb, yanında oturan və üzündəki ifadədən fikri uzaqlarda olduğu görünən Sərvinaza uzadır. İ.Əfəndiyev. Əmrahovun simasında da ciddi ifadə göründü. Q.İlkin.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....