Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İDRAK
is. [ər.] 1. Dərk etmə, bilmə; dərk etmə qabiliyyəti. [Şeyx Sədra:] Buna idrakınız varırmı sizin? Sizcə məchul qədri şeyxinizin. H.Cavid. Idrak ilə vurduğum çəkicimin səsindən; Çatlayır divarları qaranlıq zindanların. Ə.Cavad. Bütün bunları 20 yaşına daxil olan Ulduza həyat təcrübəsi deyil, sevən qəlbin, böyük məhəbbətin idrak qüvvəsi öyrədirdi. Ə.Məmmədxanlı. // Dərrakə, fəhm, şüur, anlaq. Ər ilə arvadın arasında olan əlaqəyə diqqət yetirdikdə görürük ki, bunların mabeynində təfavüt - əql, fəhm və idrak daha da artıq dərəcədədir. F.Köçərli. Həkimül-mülkün keyimiş idrakı vəziyyəti dərk edəcək halda deyildi. M.İbrahimov. □ İdrak etmək klas. - dərk etmək, anlamaq. Hər xəyalın idrak edən; Könül güzgüsün pak edən. Əmani. Mən idrak etmədim dünyaya gəlməkdən nədir hikmət.. M.Hadi. Qul olduğunu edincə idrak; Hürriyyətin istəmişdi bibak. A.Səhhət.
fəls. Obyektiv aləmin qanunauyğunluqlarının şüurda dərk edilməsi. Idrak nəzəriyyəsi. Dialektik idrak üsulu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....