Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İDARƏ
is. [ər.] 1. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat. Dövlət idarələri. Elmi tədqiqat idarəsi. Mərkəzi statistika idarəsi. Ictimai idarələr. Sığorta idarəsi. - Mehriban zavod idarəsinin uzun, işıqlı dəhlizi ilə gedib sola döndü. H.Seyidbəyli. Rüstəm kişi paltosunun ətəyini yellədə-yellədə özünü maarif idarəsindən çölə atdı. M.İbrahimov. // Həmin təşkilatın və ya orqanın yerləşdiyi bina. Idarə saat 9-da açılır. Idarəyə getmək. Idarədə bu gün növbətçi kimdir? - Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçulardan gündə biri idarə bağlandıqdan sonra qalıb, təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Ağayar donquldana-donquldana idarədən çıxanda, əvvəl raykoma getmək istədi. Ə.Əbülhəsən.
Rəhbərlik etmə, rəhbərlik, başçılıq. İdarə heyəti - hər hansı bir idarənin, təşkilatın və s.-nin başında duran seçkili orqan. Azərittifaqın idarə heyəti. - Qulu iki dəfə döşünü qabardıb idarə heyəti adından [İmi ilə Cimiyə] irad tutdu. İ.Əfəndiyev. Həmin gün Səməd idarə heyətinin iclasını çağırmışdı. İ.Hüseynov. İdarə etmək
1) rəhbərlik etmək, başçılıq etmək, dolandırmaq. Dövləti idarə etmək. Ölkəni idarə etmək. Təsərrüfatı idarə etmək. // Müdirlik etmək, rəislik etmək, bir idarənin başçısı olmaq. İnstitutu idarə etmək. - Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy “adı ilə məşhur idi. Ə.Haqverdiyev. Toy gecələrini idarə edənə sərpayı deyərdilər. H.Sarabski; 2) dirijorluq etmək. Orkestri idarə etmək. Xoru idarə etmək; 3) hər hansı vasitələrdən, mexanizmlərdən, cihazlardan və s.-dən istifadə edərək, bir şeyin işini, hərəkətini nizama salmaq, müəyyən tərəfə yönəltmək, istiqamətləndirmək. Parovozu idarə etmək. Avtomatı idarə etmək. Gəmini idarə etmək. Ekskavatoru idarə etmək. - Qazıma zamanı buruğu və qazıma prosesini mütəxəssis qazıma ustası idarə edir. S.Quliyev; 4) yetmək, çatmaq, kifayət etmək, dolandıra bilmək, ödəmək. Ailəsini güclə idarə edir. Bu vəsait tələbatı idarə etməyəcək.
Qrammatikada: tabeedici sözün tələbinə görə tabe sözün müəyyən hallara düşüb dəyişməsi. İdarə əlaqəsi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....