Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İCRƏT
is. [ər.] köhn. 1. Görülən iş üçün verilən haqq (pul), muzd (maaş), zəhmət haqqı. [Hacı Rəcəbəli:] Ağa Mərdan, uşaqların icrətini məlum elə! M.F.Axundzadə. Vəliquluya və Zibaya Xudayar bəy o qədər icrət təyin elədi ki, Zeynəb acından ölməsin.. C.Məmmədquluzadə. İcrətlə şəklində zərf - görülən iş üçün zəhmət haqqı alaraq; muzdla, maaşla, pulla. İcrətlə işləmək. - Sabahı günü üç nəfər adam icrətlə tutub qəzalara göndərdi ki, Haqq Mövcudun ölüsünü, ya dirisini tapıb gətirsinlər. Ə.Haqverdiyev. Gülzar bəzən qonşuları üçün icrətlə çalışırdı. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....