Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İCRA
is. [ər.] Bir işin, qərarın, hökmün və s.-nin yerinə yetirilməsi, həyata keçirilməsi. Icranı yoxlamaq. Göstərişin icrasına çalışmaq. - [Yusif şah] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə. Balacayev bu gün Gülöyşə vasitəsilə Rüxsarəyə tapşırıq verməyi və sonra da belə bir şahidin iştirakı ilə icrasını yoxlamağı qərara almışdı. S.Rəhimov. □ İcra etmək - yerinə yetirmək, həyata keçirmək, əməl etmək. [Dursun] öhdəsinə mühəvvəl olan işləri qeyrətlə icra edirdi. A.Şaiq. Istər arvadı Nigar, istər çocuqları [Muradın] bütün əmr və tələblərini düşünmədən icra edər, onun sözündən çıxmazdılar. S.Hüseyn.
□□ İcra vərəqəsi hüq. - məhkəmənin hökmünü və ya qərarını həyata keçirmək üçün sənəd.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....